İQTİSADİYYAT
Qlobal neft tələbatı 2040-cı ildə gündəlik 109,4 milyon barrel olacaq
Bakı, 8 noyabr, Nihad Budaqov, AZƏRTAC
Qlobal neft tələbatı 2040-cı ildə gündəlik 109,4 milyon barrel təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hesabatında deyilir. Hesabata görə, inkişaf etməkdə olan ölkələrdə neft tələbatı gündəlik 66,1 milyon barrelə, Avrasiyada isə 6 milyon barrelə çatacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə isə tələbat gündəlik 37,3 milyon barrelə geriləyəcək.
OPEC-in xam neft hasilatı isə 2040-cı ildə gündəlik 41 milyon barrel olacaq və kartelin dünyada çıxarılan neftdəki payı 37 faizə yüksələcək.
Qlobal neft tələbatının sektorlar üzrə ən çox artımın yaşandığı sahə avtomobil yolları nəqliyyatı olacaq. Avtomobil yollarında neft istifadəsi gündəlik 47,8 milyon barrelə çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]