İQTİSADİYYAT


Qlobal noutbuk istehsalının həcmi 4 faiz azalıb

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

“TrendForce” şirkətinin analitikləri qlobal noutbuk bazarında tədarük üzrə üçaylıq artım qeydə alıblar. Noutbuk tədarüklərinin həcmi 8,2 faiz çoxalıb. Beləliklə, cari ilin birinci yarısı üçün istehsalçılar, ümumilikdə 74,18 milyon noutbuk buraxıblar. Bu da 2015-ci il müvafiq dövrü üçün göstəricidən 4 faiz azdır.

AZƏRTAC “dailycomm.ru” saytına istinadla xəbər verir ki, ilin birinci yarısında “Lenovo” yığcam kompyuterlər bazarının lideri olub. Çin şirkəti Şimali və Latın Amerikası, həmçinin Asiya-Sakit okean regionunda göstəricisini yaxşılaşdıraraq 16,15 milyon noutbuk tədarük edib. Mütəxəssislər “Lenovo” şirkətinin bazar payını 21,8 faiz qiymətləndiriblər. 15,8 milyon noutbuk tədarük etmiş “HP” şirkəti ikinci pilləni tutub. “HP”nin bazar payı 21,3 faiz təşkil edib. Lakin analitiklər hesab edirlər ki, ABŞ şirkəti ilin ikinci yarısında noutbuk bazarının liderini qabaqlaya bilər. 15,3 faiz bazar payına sahib “Dell” şirkəti isə üçüncü yerlə kifayətlənib. Bu ilin birinci yarısının nəticəsinə görə, şirkət 11 faizlik artımı göstərib. Buna səbəb kimi yeni xrombuk modellərinin satışa çıxarılması göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.