DÜNYA


Qlobal smartfon bazarının həcmi 4.3 faiz yüksəlib

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

"Gartner" analitik şirkəti qlobal smartfonlar bazarı üzrə hesabatını dərc edib. "Financial Times" nəşri yazır ki, "Apple" və "Xiaomi" şirkətləri "Oppo" kimi daha az tanınan Çin brendlərinin təzyiqi nəticəsində mövqeyini itirir.

"Gartner"in məlumatına görə, 2016-cı ilin aprel-iyununda dünyada 344 milyon smartfon satılıb ki, bu da ötən illə müqayisədə 4.3 faiz daha yüksəkdir. Yaponiya istisna olmaqla bütün inkişaf etmiş regionlarda satış həcminin azalması qeydə alınıb. Latın Amerikası dövlətlərindən başqa, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə 9.9 faiz artım müşahidə olunub.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, "Samsung Electronics" şirkəti qlobal smartfon bazarının lideridir. Cənubi Koreya nəhəngi "ağıllı" telefonların satışını 6.5 faiz artıraraq 76.7 milyona çatdırıb.

"Apple" şirkətinin istehsalı olan "iPhone"un satış həcmi 7.7 faiz azalaraq 44.4 milyon təşkil edib. Kaliforniya nəhənginin bazar payı 14.6 faizdən 12.9 faizədək azalıb. Artıq 3 rüb ardıcıl "Apple" şirkətində azalma qeydə alınır. Avrasiya, Afrika və Şərqi Avropa ölkələrində “iPhone" smartfonlarına yüksək tələbat var. Ancaq Çində tələbatın 26 faiz azalması nəticəsində şirkət rübü artımla başa vura bilməyib.

"Huawei" şirkəti ən böyük smartfon istehsalçılarının reytinqində üçüncü yerdə qərarlaşıb. Müvafiq dövrdə 30.7 milyon "Huawei" smartfonu satılıb, halbuki 2015-ci ilin aprel-iyununda bu göstərici 26.5 milyon olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.