DÜNYA


Qlobal trafik həcmi 71 eksabayta çatacaq

Bakı, 21 iyun, AZƏRTAC

“Ericsson” şirkətinin illik “Ericsson Mobility Report” hesabatında 2022-ci ilədək Yer kürəsi əhalisinin böyük həcmdə informasiya mübadiləsi edəcəyi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, analitiklərin hesablamalarına görə, 71 eksabayt genişzolaqlı internet vasitəsilə 6 milyarddan çox qoşulmuş unikal smartfon abunəçisi və 8,3 milyard kontakt tərəfindən hasil olunacaq. Bura planet əhalisinin sayını 3 dəfə üstələyəcək “Əşyalar interneti” qurğularını da aid etmək olar.

Bununla yanaşı, hesabatda əsas üstünlüyü auditoriyası təxminən 5 milyard istifadəçiyə çatacaq “LTE” rabitə standartının təşkil edəcəyi qeyd olunur. Bundan başqa, proqnozlara görə, qeyd olunan müddətədək “5G” şəbəkə istifadəçilərinin sayı 500 milyon nəfərə bərabər olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.