Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin inkişafında əhəmiyyəti artmaqdadır

Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin inkişafında əhəmiyyəti artmaqdadır

Bakı, 5 may, AZƏRTAC

Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkənin sosial müdafiə sistemi geniş əhatəliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə sosial müdafiəyə xas olan bütün elementləri özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşmışdır. Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilib və sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müsümov “Effektiv sosial müdafiə strategiyasının banisi” məqaləsində vurğulayıb.

Nazir bildirib ki, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkədə etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir.

“Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkənin sosial müdafiə sistemi geniş əhatəliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayır. 2006-cı ildən ölkədə müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və bu insanlara nazirliyin yerli orqanlarının xətti ilə hər ay 316,3 milyon manat vəsait ödənilir”, - deyən nazir əlavə edib ki, bu etibarlı sistemin birinci istiqaməti üzrə bazar iqtisadiyyatı şəraitində sosial risklərdən sığorta prinsipi əsasında səmərəli qorunma mexanizmini özündə ehtiva edən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya sistemi vasitəsilə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları ödənilir.

S.Müslümov qeyd edib ki, sosial müdafiənin digər ayrıca istiqaməti kimi dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinətlər sistemi fəaliyyət göstərir. Bu müavinətlər əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilir və onların yaşayışını minimal səviyyədə təmin etmək və ya hansısa istiqamət üzrə konkret ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir: “Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin inkişafında əhəmiyyəti artmaqdadır. Bu texnologiyalar iqtisadiyyatda stimullaşdırıcı faktorla yanaşı cəmiyyətin müxtəlif sahələrində, o cümlədən sosial sahədə də sabitliyin və şəffaflığın yaranmasına şərait yaradır. Bu əsasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətləri üzrə müasir texnologiyalar və innovativ yeniliklərin geniş tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə söykənən kompleks tədbirlər həyata keçirilir ki, bu da sosial sferada modernləşməni, habelə uzunmüddətli maliyyə dayanıqlığı əsasında etibarlı sosial müdafiəni təmin etməyə imkan verir. Eyni zamanda nazirliyin sosial cəhətdən həssas əhali kateqoriyaları ilə işində qeyd olunan mühüm texnoloji innovasiyalar təbii olaraq əhaliyə göstərilən xidmətlərin elektron müstəvi üzərindən təşkili imkanlarını genişləndirmiş və bu əsasda nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidməti istifadəyə verilib. Cari ilin birinci rübündə “Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 2 milyon 607 min dəfə istifadə olunmuşdur ki, bu da ölkə üzrə bu portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 52,6 faizini təşkil edir.”

Nazir vurğulayıb ki, iqtisadiyyatın sosialyönümlü inkişafında məşğulluq amilinin ön planda saxlanılması, aztəminatlı ailələr üçün passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid, hər bir əməkqabiliyyətli ölkə vətəndaşının səmərəli məşğulluq imkanlarına malik olmasına şərait yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın sosial-iqtisadi inkişaf modelini formalaşdıran siyasətinin əsas prioritetlərindən biridir. Nəticədə ölkənin əmək ehtiyatlarından dolğun istifadə, əhalinin məşğulluğu dövlətin sosial firavanlığın təminatına yönələn siyasət kursunun aparıcı bir sahəsi kimi formalaşaraq, ölkədəki iqtisadi inkişaf proseslərinin və islahatların səmərəlilik göstəricisi kimi çıxış edir. Bunun əməli təsdiqi kimi iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əməktutumlu sahələrin yaradılması, iri infrastruktur layihələrinin icrası, özəl sektorun, xüsusən kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığının, digər tərəfdən, regionların inkişafının hərtərəfli dəstəklənməsi ölkədə yeni iş yerlərinin açılmasını daimi prosesə çevirib. Ümumilikdə son 13 il ərzində qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,5 milyondan çox yeni iş yerinin yaradıldığı ölkəmizdə əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azaldılmasına nail olunub: “Dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi çərçivəsində əmək bazarı proqramlarının genişləndirilməsi, ölkədə ailə biznesinin inkişaf etdirilməsi baxımından dövlət başçısının 2016-cı il aprelin 7-də imzaladığı sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində icra edilən proqram mühüm əhəmiyyətə malikdir. İcrasına start verilmiş bu özünüməşğulluq proqramına ölkə üzrə təqribən 1400-dən çox ailə cəlb olunub ki, bu məqsədlə 6 milyon manat vəsait ayrılıb. Hazırda praktik icra mərhələsində olan bu proqram təkcə məşğulluğun təminatı məqsədinə deyil, həm də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi və bu əsasda adekvat maliyyə təminatının formalaşması nəticəsində ölkə üzrə məşğulluq tədbirlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi nəzərdə tutulur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri ilə Fələstinin Baş naziri arasında telefon danışığı olub

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb