CƏMİYYƏT
“Qloballaşan dünyada milli və əxlaqi dəyərlərimiz” mövzusunda ikinci layihə
İB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihənin iştirakçıları Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə olub.
Mühazirəçi AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov gənclərə milli kimlik, əxlaqi dəyərlərimiz və onların bu günə qədər qorunub saxlanması ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, gəncləri yad təsirlərdən, radikalizmdən qorumağın yeganə yolu onlara milli mənəvi dəyərləri aşılamaqdan keçir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində təşkil olunacaq növbəti tədbirlərin vaxtı və yeri açıqlanıb.