REGİONLAR


Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunub

Ağsu, 7 iyul, AZƏRTAC 

Müxtəlif dövrlərdəki qadağalara və təqiblərə baxmayaraq, Azərbaycanda İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanılıb və bu gün də həmin dəyərlər inkişaf etdirilir, gələcək nəsillərə ötürülür.

AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 7-də Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan “Milli-mənəvi dəyərlərimizdə İslam mədəniyyəti” mövzusundakı maarifləndirici tədbirdə səsləndirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva çıxış edərək “İslam Həmrəyliyi İli”ndə keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Mövzu barədə məruzə ilə çıxış edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov islamofobiyanın hökm sürdüyü indiki zamanda çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində formalaşan milli-mənəvi dəyərlərimizdən, onun qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Bilik Fondunun fəaliyyəti “İslam Həmrəyliyi İli” kontekstində” mövzusunda çıxış edib. Bildirilib ki, qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunub, eyni zamanda, müstəqil dövlətimiz milli və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Ümummilli lider Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin bu istiqamətdə gördükləri işlər, yürüdülən uğurlu dövlət siyasəti xüsusi önəm kəsb edir. Əlbəttə, İslam ölkələri ilə qurulan mədəni əlaqələr də respublikamızın xarici siyasətinin mühüm prioritet istiqamətlərindəndir. Bilik Fondu da bu istiqamətdə üzərinə düşün vəzifələri uğurla yerinə yetirməyə çalışır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.