MƏDƏNİYYƏT


Qlyukoza: “Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür

Bakı, 29 iyul, AZƏRTAC 

“Jara” əsl musiqi bayramıdır. Bu festivalda iştirak etdiyim üçün çox məmnunam. Bakıda, Xəzərin ecazkar sahilində, “Sea Breeze” istirahət mərkəzi kimi gözəl məkanda təşkil olunan “Jara” bu günədək iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi ilə seçilir. Musiqi sərhəd tanımır. Biz öz ifamızla insanları sülhə səsləyirik. Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Qlyukoza bildirib.

“Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür”, - deyə vurğulayan Qlyukoza festivalın bu baxımdan əhəmiyyətini yüksək dəyərləndirib. Qeyd edib ki, Bakıya dünyaca məşhur estrada ulduzları toplaşıb. Belə gözəl musiqi axşamları yerli və xarici qonaqlara, böyük tamaşaçı auditoriyasına xoş anlar, hədsiz sevinc yaşadır.

Müğənni Bakı haqqında da heyranlıqla danışır: “Bu dəfə təyyarəmiz Heydər Əliyev Beynəlxalq Aeroportuna enəndə Bakını tanımadım. Şəhəriniz gündən-günə çiçəklənir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.