REGİONLAR


Qobustan: 55 min tondan çox taxıl istehsal ediləcəyi gözlənilir

Qobustan, 3 iyul, AZƏRTAC

Qobustan rayonunda bu ilin məhsulu üçün 26 min 500 hektarda taxıl yetişdirilib və hazırda biçin kampaniyası sürətlə davam etdirilir.

Rayon Kənd Təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, zəmilərə hər gün 24 kombayn çıxarılır. Artıq 1250 hektar arpa, 300 hektar buğda sahəsi biçilib. Hələlik dəmyə şəraitində hər hektardan orta məhsuldarlıq 20 sentnerdir. Bir sıra iri taxılçılıq təsərrüfatlarında, o cümlədən Ərəbqədim, Cəm-Cəmli, Dərəkənd, Yekəxana kənd ərazi vahidlərində hər hektardan 22-23 sentner məhsul götürülür.

Cari mövsümdə hava şəraitinin yaratdığı problemlərə baxmayaraq, rayonda 55 min tondan çox taxıl istehsal ediləcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 1-2-də yağan dolu 1100 hektar taxıl zəmisini tamamilə məhv edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.