İQTİSADİYYAT


Qobustan Milli Tarix-Bədii Qoruğu turistlərin ən çox üz tutduğu məkanlardandır

Bakı, 27 may, AZƏRTAC

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizə gələn turistlərin ən çox getdiyi məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğu olub.

Qoruqdan AZƏRTAC-a bildirilib ki, may ayı ərzində qoruğu ziyarət edənlər arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan və Ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib. Belə ki, İslamiada çərçivəsində ümumilikdə 3 min 573 xarici ölkə vətəndaşı qoruğu ziyarət edib.

Qeyd edə ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 9 min 201 nəfər Qobustan Milli Tarix-Bədii Qoruğunun turizm imkanları ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.