Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Qobustan” proqramı - 20 il efirdə

“Qobustan” proqramı - 20 il efirdə

Bakı, 29 oktyabr, AZƏRTAC

Sevastopol şəhər radiosunun “Qobustan” proqramının aparıcısı, tanınmış jurnalist Həbib Əliyev bu günlərdə agentliyimizin qonağı olub. O, AZƏRTAC-a müsahibəsində 20 ildir efirdə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, ölkəmizin müasir inkişafını, eləcə də xalqımızın haqq işini yorulmadan təbliğ edən “Qobustan”ın keçdiyi yola yenidən nəzər salıb və gələcək planlarından söz açıb.

-Həbib müəllim, necə oldu ki, Sevastopol şəhərindəki yerli radioda “Qobustan” proqramı açmalı

oldunuz?

-Mən 1996-cı ildə Bakının Xətai rayonunda müəllim işləyirdim. Ermənistanın Azərbaycana qarşı işğalçılıq planının reallaşdırılmasına başladığı 1988-ci ildən etibarən xalqımızın başına gətirilən müsibətlər, ərazilərimizin bir-birinin ardınca işğalı məni çox narahat edirdi. Hələ bu azmış kimi cilddən-cildə girməkdə mahir olan ermənilər bizi borclu çıxarır, xarici ölkə mətbuatında ünvanımıza böhtanlar yağdırır, Azərbaycan xalqını vəhşi, qaniçən qəbilə kimi təqdim edirdilər. Ən çox təəssüf doğuran o idi ki, torpağı işğal edilən, hər şeyi ermənilər tərəfindən talan edilən, oğurlanan biz olduğumuz halda, xarici ölkə mətbuatı ermənilərin uydurmalarına inanıb azərbaycanlıları vəhşi adlandırırdı. Həmin dövrdə ulu öndər Heydər Əliyev xarici ölkələrdəki Azərbaycan diasporunun qarşısında ermənilərin bu fitnə-fəsadlarına qarşı yumruq kimi birləşməyi, Azərbaycan həqiqətlərini, xüsusilə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı və işğalçılıq siyasətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmağı əsas vəzifə kimi qoymuşdu.

Açığını deyim ki, Ümummilli Liderin bu çağırışına qədər xaricdəki Azərbaycan diasporunun nümayəndələri pərakəndə fəaliyyət göstərir, yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olmurdular. Nəticədə tarixi düşmənlərimiz bu boşluqdan istifadə edərək hər yerdə azərbaycanlıları vəhşi, mədəniyyətsiz xalq kimi təqdim edirdilər. Belə bir vaxtda Ulu Öndərin çağırışına cavab olaraq mən də qarşıma belə bir məqsəd qoydum ki, bu prosesdə yaxından iştirak etməliyəm. İş elə gətirdi ki, həmin vaxt Krımın Sevastopol şəhərində yaşayan bir tanışımdan məktub aldım. O, məni Sevastopolda yaşayan azərbaycanlı balaları üçün məktəb açmaq məqsədilə həmin şəhərə dəvət edirdi. 1996-cı ilin yanvarında bu dəvət əsasında Ukraynaya getdim. Burada yerli diasporumuzun nümayəndələri ilə birlikdə azərbaycanlı uşaqlar üçün məktəb açdıq. Sevastopolda yaşadığım ilk gündən yerli radionun proqramlarını ardıcıl izləyirdim. Şəhər radiosunda ermənilərin xüsusi proqramı yayımlanırdı. Onlar vaxtaşırı verilişlərində haqqımızda təxminən belə deyirdilər: “Azərbaycanlılar vəhşi xalqdır. Onlar Sumqayıtda bizi kabab edib yemişlər. İndi isə Qarabağda demokratiya qalib gəlib. Qarabağ erməniləri Azərbaycanın zülmündən azad olublar. Özlərinin azad, demokratik respublikalarını qurublar”.

Bu düşüncələr içində radionun redaktorunun yanına getdim. Dedim ki, Bakıdan gəlmişəm, müəlliməm, ziyalıyam, sizə bir sualım var: mənə elə bir xalq göstərin ki, adamyeyən olsun? Redaktor cavabında dedi ki, dünyada belə bir xalq yoxdur. Dedim ki, əgər belədirsə, ermənilər azərbaycanlıları vəhşi, adamyeyən xalq kimi təqdim edir, siz isə susursunuz.

-Redaktor məsələyə necə reaksiya verdi, sizə köməklik göstərə bildimi?

-Bəli, kömək göstərə bildi. Məlum oldu ki, redaktor onların çıxışlarını dinləməyib. Məsələdən xəbərdar olandan sonra redaktor bu verilişi hazırlayan jurnalistləri danladı, erməni cəmiyyətinin nümayəndələrinə belə bir verilişi efirə verdikləri üçün telefon vasitəsilə kəskin iradını bildirdi. Mən redaktora yerli radioda Azərbaycanla bağlı proqramın açılmasını təklif etdim. Cavabında redaktor dedi ki, biz heç kimin yolunu kəsməmişik, buyurun gəlin, proqram açın. Bir şərtlə ki, efirə münaqişəli verilişlər vermək olmaz. Yalnız mədəniyyətinizi təbliğ edə bilərsiniz. Mən də öz növbəmdə söz verdim ki, efirdə Azərbaycan mədəniyyətindən bəhs edən verilişlər səsləndirəcəyəm. Siz də görəcəksiniz ki, Azərbaycan xalqı necə yüksək mədəniyyətə, zəngin tarixi keçmişə, böyük istedada malik xalqdır.

-Fəaliyyətə başladığınız ilk vaxtlarda sizə münasibət necə idi?

-Mən fəaliyyətə başladığım andan “Qobustan” proqramı vasitəsilə xalqımızın mədəniyyəti ilə bağlı silsilə, maraqlı verilişlər təqdim edirdim. Bu, mənim üçün olduqca qürurlu və sevindirici hal idi. Təəssüf ki, bir neçə aydan sonra ermənilərin təxribatı nəticəsində radio bağlandı. Guya mən münaqişə yaradıram, siyasətlə məşğulam.

Mən yenidən redaktorla görüşdüm və məsələnin nə yerdə olduğunu söylədim. Onunla söhbətimdə konkret faktlar əsasında xalqlarımızın dostluğundan danışdım. Redaktor radionun açılmasına çalışacağını bildirdi. Hər şey aydınlaşandan sonra “Qobustan” proqramının fəaliyyəti yenidən bərpa olundu. Mən o vaxtdan indiyədək həmin proqramın aparıcısıyam.

-Hazırda proqramda ən çox hansı mövzulara müraciət edirsiniz?

-Biz həmişə olduğu kimi işimizi əzmlə davam etdiririk. Proqramda milli mədəniyyətimiz və incəsənətimizlə bağlı verilişlər hazırlamaqla yanaşı, muğamlarımız, aşıq sənəti, tariximiz, ədəbiyyatımız, o cümlədən bütün milli-mənəvi dəyərlərimizlə bağlı maraqlı məlumatlar təqdim edirik. Bildiyiniz kimi, radioda bir sıra xalqlara məxsus müxtəlif proqramlar yayımlanır. Həmin verilişlər həm rus, həm də həmin xalqların ana dillərində olmaqla ayda bir dəfə yarım saat müddətinə efirdə səslənir. Azərbaycana dair radioproqram yarandığı gündən indiyədək burada 200-dən çox maraqlı veriliş hazırlanıb efirə verilib. Hazırda bu istiqamətdə işlərimizi üzərimizə düşən missiyamızla davam etdiririk. Dövlətimizi təbliğ edirik. Bütün görülən işlərimizin müqabilində mən “Qobustan” proqramının aparıcısı kimi jurnalistlər arasında keçirilən ənənəvi “Gümüş qələm” XII Beynəlxalq açıq yaradıcılıq müsabiqəsində “İlin ən yaxşı radio proqramı” nominasiyası üzrə laureat olmuşam.

-Əməyiniz layiqincə qiymətləndirilirmi?

-Əvvəlcə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bizim işimizi lazımi səviyyədə yüksək dəyərləndirir. Dövlət başçısı ötən il “Qobustan” proqramının fəaliyyətini yüksək qiymətləndirərək məni fəxri diplomla təltif etdi. Bu, bizim üçün ruhlandırıcı addım olmaqla yanaşı, Prezidentimizin gördüyümüz işə olan diqqət və qayğısının nəticəsidir. Bundan sonra da işimizi lazımi səviyyədə davam etdirəcəyik.

-Maraqlı müsahibə üçün çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib