REGİONLAR


Qobustan rayonunda yeni uşaq bağçası-körpələr evi tikilib

A+ A

Qobustan, 27 sentyabr, AZƏRTAC

Qobustan şəhərinin Heydər Əliyev prospektində inşa olunan 200 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatdırılıb, bina lazımi inventar və avadanlıqlarla təmin edilib.

AZƏRTAC xəbər verir ki, balaca fidanlar üçün gözəl hədiyyə olacaq bu bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib.

İkimərtəbəli körpələr evi istilik sistemi, kommunikasiya qovşaqları ilə təchiz olunub.

Uşaq bağçası-körpələr evinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.