İQTİSADİYYAT
Qobustan regional təlim mərkəzinə təqaüdlü peşə təhsili üçün sənəd qəbulu elan edilib
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək hüququna Səngəçal, Ümid, Əzimkənd, Qobustan və Sahil yaşayış məntəqələrində daimi qeydiyyatı olan və ya həmin ərazilərdə faktiki yaşayan vətəndaşlar, həmçinin orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, orta ümumtəhsil məktəbini 2001-2014-cü illər ərzində bitirən, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), tam orta təhsilli gənclər malikdirlər.
Müraciətlər elektron formada www.socar.az saytında “Karyera-Təlim mərkəzinə sənəd qəbulu” bölməsində qəbul olunur. İddiaçılar tələb edilən sənədlər və qaydalar haqqında məlumatı “Qəbul qaydaları” bölməsindən əldə edə, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldura bilərlər. Müraciətlər sentyabr 22-dək qəbul ediləcək.