MƏDƏNİYYƏT


“Qobustan” sənət toplusunun yeni nömrəsində...

Bakı, 16 iyun, Z.Mansurova, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin “Qobustan” sənət toplusunun 2017-ci ildə birinci nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu nömrədə oxuculara baş redaktorun 40 sətri və “Filosoflar filosofu-Fridrix Nitşe...” yazısı təqdim olunub.

Topluda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Səbinə Tutayukun “Bibiheybət günbəzi...” yazısı, İslam Sadıq və Pərinaz Sadıqlının “Şumerdə musiqi...” araşdırma yazısı, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının “Gözü yol çəkən dağlar...” yazıları verilib.

Həmçinin bu nömrədə “Xalça-kod yüklü kitabədir...”, “Vətən mahnı istəyir...” “Sükutu oynayan...Əyilməz insan, əvəzsiz aktyor-Yusif Vəliyev” adlı müsahibələr, sənətşünaslıq doktoru İmruzə Əfəndiyevanın “41-45-in mahnıları” adlı yazısı, Zakir Bağırovun “Ərəbzəngi bacı” adlı sənədli povestindən parça və digər yazılar yer alıb.

Jurnalda yazıçı-teatrşünas Atabala İsmayıloğlunun mərhum jurnalist Qulam Məmmədlinin 120 illiyinə həsr etdiyi “Bir institutun işini görən adam...”, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın “Həsrətin əsl adı - Almas Yıldırım...Qəriblik onun bəxtinə düşübmüş...”, AMEA-ın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Pərvanə Əliyevanın “Qafqaz türklərinin sürgünü kimə lazımmış?” və digər yazılar dərc edilib.

Jurnalın baş redaktoru Vaqif Əlixanlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.