REGİONLAR


Qobustan taxılçıları biçin kampaniyasını başa çatdırıblar

A+ A

Qobustan, 8 avqust, AZƏRTAC

Qobustanda taxıl biçini kampaniyası başa çatıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə bölgədə 24 min 645 hektar sahədə taxıl yetişdirilib. Əkin sahələrinin 15 min 436 hektarı buğda, qalanı isə arpa olub.

Bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılması üçün ilk günlərdən bütün qüvvələr səfərbər edilib. Biçin kampaniyasına 110-dan çox kombayn cəlb olunub. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, taxılçılar məhsul yığımını uğurla başa çatdırıblar. Zəmilərdən 55 min 43 tondan çox taxıl götürülüb. İstehsal olunan məhsulun 34,5 min tonu buğdadır. Hər hektardan orta məhsuldarlıq 22,3 sentnerdir. Bir sıra təsərrüfatlarda, xüsusən bölgə təcrübə stansiyasında məhsuldarlıq daha yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.