CƏMİYYƏT


Qobustanda dini icmaların iştirakı ilə ilin yekunları müzakirə edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Komitənin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Dəyanət Rəcəbov, yerli icra nümayəndələri, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.

Çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov rayondakı dini durumu təhlil edərək bildirib ki, il ərzində bu sahədə bir sıra uğurlar əldə olunub. Təsadüfi deyil ki, 2016-cı ilin “Multikulturalizm İli” olması da bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini artırıb.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Dövlət Komitəsinin 2016-cı ildə gördüyü işlər, eləcə də növbəti ildə qarşıda duran vəzifələr, o cümlədən bölgədəki dini durum, əldə edilən nailiyyətlər və nöqsanlar barədə danışıb.

Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dini fəaliyyətlə məşğul olan şəxslərə rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha səmərəli və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edərək Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarının yerinə yetirilməsi məsələlərini xüsusi diqqətə çatdırıb.

Sonda ayrı-ayrı dini icmaların sədrlərinin, imam və axundların çıxışları dinlənilib, sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.