REGİONLAR


Qobustanda gəmiricilərə qarşı mübarizə qərargahı yaradılıb

A+ A

Qobustan, 16 oktyabr, AZƏRTAC

Qobustan rayonunda taxıl əkilən, habelə səpin aparılacaq sahələrdə bu il kütləvi surətdə gəmiricilər yayılıb və hazırda zərərvericilərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, gəmiricilərə qarşı mübarizənin səmərəli təşkili məqsədilə 25 nəfərdən ibarət xüsusi qərargah yaradılıb. Qərargah üzvləri rayonun inzibati ərazi dairələri üzrə dərmanlama aparılacaq sahələrin müəyyənləşdirilməsi, dövlət tərəfindən pulsuz verilən zərərli-kimyəvi preparatın gətirilməsi, bu işlərə cəlb olunan könüllülərin təlimatlandırılması və sair vəzifələri yerinə yetirirlər.

Qeyd edək ki, rayonda artıq 10 min hektarda səpin aparılıb və bütün ərazilərdə mübarizə tədbirləri həyata keçirilib. Cari payız əkini mövsümündə, ümumiyyətlə 25 min hektarda taxıl əkini proqnozlaşdırılır. Səpinlə paralel olaraq gəmiricilərin məskən saldığı ərazilərdə yuvalar müəyyənləşdirilir və dərhal dərmanlanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.