REGİONLAR
Qobustanda ötən illə müqayisədə 128 tondan çox ət istehsal olunub
Qobustan, 7 dekabr, AZƏRTAC
Qobustan rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf qeydə alınıb. Cari ilin on bir ayını uğurla başa vuran fermerlər məhsul istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıma nail olublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ötən on bir ayda bölgədə diri çəkidə ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 128,4 ton artaraq 5478 tona, süd istehsalı 1671,6 ton artaraq 17 min 927 tona çatıb. Yumurta istehsalı 7 milyon 470 min ədəd, yun istehsalı 357 ton olub. Bu məhsullar da müvafiq olaraq 320 min ədəd və 5 ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]