CƏMİYYƏT


Qobustanda risk qrupuna daxil olan hamilələrin müayinəsini keçirilib

Bakı, 5 avqust, AZƏRTAC 

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşları Qobustan rayonunda yaşayan, risk qrupuna daxil olan hamilələrin müayinəsini keçiriblər.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müayinə məqsədilə qurumun əməkdaşları Qobustana ezam olunublar. Təhlə Kənd Xəstəxanasında aparılan müayinələrdə adıgedən rayondan onlarla hamilə qadın iştirak edib. Aksiya zamanı gələcək analara mövcud ciddi problemləri həkimdən gizlətməmək məsləhət görülüb. Belə ki, doğuş və ya əməliyyat zamanı ani aşkar olunan hansısa problem müxtəlif fəsadlarla nəticələnə bilər.

Risk qrupuna daxil olanlar 18 yaşdan kiçik, ilk hamiləlikləri 40 yaşdan sonra baş tutan, bədən çəkisi artıq olan və s. qadınlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.