REGİONLAR


Qobustanda son beş ildə içməli su təchizatına  100 milyon manata yaxın vəsait qoyulub

Qobustan, 27 iyul, AZƏRTAC

Qobustan rayonunda, xüsusən rayon mərkəzində uzun illərdən bəri ən çətin problem olan içməli su təminatının yaxşılaşdırılması üçün son beş ildə 100 milyon manata yaxın vəsait qoyulub ki, bu məbləğ də rayonun illik büdcəsindən dəfələrlə çoxdur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən layihələr əhalinin təxminən 46 faizinin içməli su ilə təminatını yaxşılaşdırıb.

Qeyd edək ki, reallaşdırılan layihələr çərçivəsində 59,5 kilometr daxili, 7,2 kilometr magistral su xətti çəkilib, 233 su hidrantı, 1898 su sayğacı quraşdırılıb. Habelə, hər biri 1000 kubmetr tutuma malik 2 su anbarı tikilib. Təsi kəndində 6 quyu qazılıb və istifadəyə verilib.

Hazırda sutkalıq gücü 3500 ton olan təmizləyici stansiya tikilir. Stansiyanın noyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.