REGİONLAR


Qobustanda yarım ildə 1934 yeni iş yeri açılıb

Qobustan, 19 iyul, AZƏRTAC

Qobustan rayonunda yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin birinci yarısında bölgədə 1934 təzə iş yeri açılıb ki, bundan 448-i daimidir. Daimi iş yerlərinin 442-si fiziki şəxslərdə, qalanı isə yeni fəaliyyətə başlayan müəssisədədir.

Qeyd edək ki, kənd təsərrüfatı rayonu olan Qobustanda istər bitkiçilikdə, istərsə də heyvandarlıqda xeyli mövsümi iş yeri açılır. Təkcə yarım ildə 1486 nəfər məhz bu cür işlərdə çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.