CƏMİYYƏT


“Qocalar evi”ndə Ramazan sevinci yaşanıb

A+ A

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Buzovna qəsəbəsində yerləşən 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində Ramazan bayramı ilə bağlı tədbir təşkil edib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, el arasında “Qocalar evi” kimi tanınan müəssisədə keçirilən tədbirdə idarənin nəzdindəki mahnı və rəqs ansambılarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Bayram şənliyi müəssisənin əlil və ahıl sakinlərində xoş ovqat yaradıb. Onlar təşkilatçılarla birgə rəqs edib və ürəkdən şənləniblər.

Sakinlər onlara gözəl bir gün yaşadan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.