İQTİSADİYYAT


Qoça Çopuraşvili: Azərbaycan ilə Gürcüstan aqrar sahədə də səmərəli əməkdaşlıq edirlər

A+ A

Tbilisi, 10 noyabr, AZƏRTAC

Gürcüstan bütün sahələrdə olduğu kimi, aqrar sektorda da Azərbaycan ilə səmərəli əməkdaşlıq edir. Bizim fitosanitar və baytarlıq xidmətlərimiz sərhədyanı bölgələrdə tez-tez yoxlamalar aparır, informasiya mübadiləsi edir, yoluxucu və digər xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi istiqamətində birgə fəaliyyət göstərirlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Qoça Çopuraşvili deyib.

Nazir müavini bildirib ki, bu gün ölkələrimiz arasında kənd təsərrüfatı məhsullarının ticarəti də həyata keçirilir. Bu ilin 10 ayında Azərbaycandan bizim ölkəyə 16 milyon dollara yaxın taxıl, un və makaron məmulatları, qənnadı məhsulları, şokolad, bitki yağları, spirt və digər məhsullar idxal olunub. Gürcüstandan Azərbaycana isə 22 milyon dollarlıqdan çox sitrus meyvələri, kartof, şərab, ət məhsulları və sair ixrac olunub.

Azərbaycanlı iş adamları Gürcüstanda kənd təsərrüfatı sahələrinə sərmayə qoyaraq gəlir əldə edirlər. Hökumət onlar üçün bütün şəraiti yaradıb.

Azərbaycanın dost köməyini daim hiss etdiklərini vurğulayan Q.Çopuaşvili deyib: “Bu il taxıl biçini zamanı Azərbaycan bizə texnika ilə yardım göstərdi. Həmin texnikanın köməyi ilə məhsulu vaxtında toplaya bildik. Azərbaycanın dost yardımı bu gün də davam edir. Buna görə, Azərbaycan dövlətinə minnətdarlığımızı bildirirəm”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.