DÜNYA


Qogenin rəsm əsəri 90 milyon ucuzlaşıb

Bakı, 7 iyul, AZƏRTAC

Fransız rəssam Pol Qogenin "Nə vaxt evlənirsən?" rəsm əsərinin dəyəri birdən-birə 90 milyon ABŞ dolları ucuzlaşıb.

AZƏRTAC nytimes.com saytına istinadən xəbər verir ki, “Nyu-York Tayms”ın verdiyi məlumata görə, dünyanın ən bahalı rəsm əsərinin qiymətdən düşməsinin səbəbi isə alqı-satqı zamanı qiymətin süni surətdə şişirdilməsi olub.

2015-ci ildə Qətərin Qatar Museums dövlət təşkilatı tərəfindən 300 milyon dollara alınan rəsm əsərinin London Ali Məhkəməsində keçirilən dindirilmələr zamanı əslində 210 milyon dollara alındığı üzə çıxıb. Rəsm əsərinin əvvəlki sahibi isə “Sothebys” hərrac evinin əməkdaşı Rudolf Ştexelin olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.