MƏDƏNİYYƏT


“Qohumlar” tamaşası yenidən Gənc Tamaşaçılar Teatrında

A+ A

Bakı, 4 iyun, AZƏRTAC

İyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri-“Qohumlar”ın təqdimatı olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda səhnələşdirilib. Ötən ay premyerası baş tutan “Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən hazırlanıb.

İki hissəli müzikl janrlı tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova və Zümrüd Quliyeva ifa edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.