RƏSMİ XRONİKA
“Qolodomor” qurbanlarının xatirəsinə ehtiram VİDEO
Kiyev, 18 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qolodomor” qurbanlarının - 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.
Dövlətimizin başçısı abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoydu, aclıq qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Prezident İlham Əliyev Ukrayna paytaxtının hündür nöqtəsindən qədim Kiyevin mənzərəsini seyr etdi.
Azərbaycan Prezidentinə Ukrayna paytaxtında görülən işlər barədə məlumat verildi.