SİYASƏT
“Qolos Ukrainı” qəzetində azərbaycanlı alimin yeni kitabı haqqında AZƏRTAC-ın informasiyası dərc olunub
Bakı, 22 aprel, AZƏRTAC
Ukrayna Ali Radasının mətbu orqanı olan “Qolos Ukrainı” qəzetinin son nömrəsinin eyniadlı informasiya portalında Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri Zeynal Ağazadənin “Professor Arif Quliyevin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” kitabının ikinci cildi nəşr olunub” sərlövhəli informasiyası dərc edilib.
Ukraynanın parlament qəzeti oxucularına Xarkovun “Fakt” nəşriyyatında hüquq elmləri doktoru, professor, Əməkdar Təhsil İşçisi Arif Quliyevin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” kitabının ikinci cildinin işıq üzü görməsi barədə məlumat verir.
Yazıda vurğulanır ki, tanınmış alimin yeni kitabı çoxillik ciddi araşdırmaların bəhrəsidir. Məcmuənin çapdan çıxması professorun vətənpərvərliyinin və tarixi vətənə dərin hörmətinin parlaq təsdiqidir. Kitabda Ukraynanın şərqində baş verən hadisələrə görə müəllifin ürək ağrısı ifadə olunub.
Yazının tam mətnini aşağıdakı linkdən oxumaq olar: http://golosukraine.com/publication/kultura/parent/40704-vidano-drugij-tom-knigi-profesora-arifa-guliyeva-u/#.VTcec_BIzKR