MƏDƏNİYYƏT


QoqolFest 2016-nın keçirilmə tarixi açıqlanıb

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Sentyabrın 16-dan 25-dək Ukraynanın paytaxtı Kiyevdə 9-cu Beynəlxalq müasir incəsənət festivalı - QoqolFest 2016 keçiriləcək. Festivalın “facebook” səhifəsində bu barədə rəsmi məlumat da yerləşdirilib.

AZƏRTAC gogolfest.org.ua saytına istinadla xəbər verir ki, builki festivalın mövzusu "QoqolFest.Vavilon (Babil)"dur. Təşkilatçılar festivalın genişmiqyaslı art-araşdırma olacağını və Babil haqqında miflərə yeni, gözlənilməz nəzər nöqtəsindən baxılacağını bildiriblər. Hər il olduğu kimi festivalın qonaqlarını teatr, xoreoqrafiya, akademik və alternativ musiqi, performans, kino, ədəbiyyat və vizual incəsənət istiqamətlərində ən aktual və maraqlı bədii layihələr gözləyir.

Festivalın yaradıcısı Vlad Troitskinin verdiyi məlumata görə QoqolFest “Art-zavod Platforma” kreativ klasterində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.