MƏDƏNİYYƏT


Qoqolun “Müfəttiş”i növbəti dəfə səhnədə

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rus yazıçısı və dramaturqu Nikolay Qoqolun “Müfəttiş” əsəri əsasında səhnələşdirilən eyniadlı səhnə əsəri teatrsevərlərə təqdim olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor Mikayıl Mikayılovun səhnələşdirdiyi tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə Kamil İsmayılovdur.

Tamaşada Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Elnur Qədirov, İlahə Həsənova, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova və Cümşüd Zeynalov iştirak ediblər.

Qeyd edək ki, səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.