İQTİSADİYYAT


Qordon Birrell: “Şahdəniz-2” layihəsi üzrə işlərin 87 faizi tamamlanıb

Bakı, 6 fevral, AZƏRTAC

“Şahdəniz-2” layihəsi üzrə işlərin 87 faizi icra olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell məlumat verib.

O bildirib ki, BP tərəfindən dənizdə quraşdırılacaq platformalar, sualtı boru kəmərləri, “Səngəçal” terminalının, eləcə də Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlər uğurla irəliləyir və işlərin 87 faizi icra edilib. Gələn il ilk qaz hasil olunacaq və daha sonra ixraca başlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.