İDMAN


Qranatkin turnirinə qatılacaq millimizin rəqibləri müəyyənləşib

Bakı, 16 dekabr, AZƏRTAC

Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq turnirin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək 19 yaşadək futbolçulardan ibarət milli komanda “C” qrupuna düşüb. Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Litva, Slovakiya və Qazaxıstana rəqib olub.

Tacikistan, Yunanıstan, Bolqarıstan və Estoniya “A”, Latviya, Belarus, Rusiya və Hindistan “B”, Moldova, Sloveniya, İran və Sankt-Peterburq isə “F” qrupunda yer alıblar. Oyunların təqvimi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, turnir 2017-ci il yanvarın 7-dən 22-dək Sankt-Peterburq İdman-Konsert Kompeksində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.