CƏMİYYƏT


Qrenlandiyada qədim həyat izləri tapılıb

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC 

Avstraliyalı paleontoloqlar Qrenlandiya ərazisində qədim həyat izləri aşkar ediblər. Bu barədə “Nature” jurnalına istinadla RİA Novosti məlumat verib.

Məlumatda tapıntıların yaşının 3,7 milyard ili ötdüyü bildirilir. Alimlərin fikrincə, tapılan daşlaşmış qalıqlar Yer üzündə həyatın mövcudluğunun ən qədim nümunəsidir.

Tədqiqatçılar buz bağlamış və qarla örtülü olan dağlıq ərazidə stromatolit – bir növ evə bənzər süxur laylarında mikrob yığını tapıblar. Əgər kifayət qədər fakt aşkarlanarsa, onda alimlər ilkin həyat haqqında təsəvvürlərə yenidən baxmalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.