DÜNYA


Qrenlandiyada sunami nəticəsində azı 4 nəfər itkin düşüb

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 17-də axşam Qrenlandiyanın qərb sahillərində baş verən zəlzələ və sunami nəticəsində azı 4 nəfər itkin düşüb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, itkin düşənlərin şəxsiyyəti barədə hələlik məlumat yoxdur. Maqnitudası 4 bal olan zəlzələ nəticəsində yaranan sunami Nuuqaatsiak qəsəbəsinə daha çox ziyan vurub. Yerli hakimiyyət orqanları bu yaşayış məntəqəsindən 78 nəfəri təxliyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.