SİYASƏT


Qriqori Karasin: Rusiya Polad Bülbüloğlunun UNESCO-nun baş katibi vəzifəsinə namizədliyini tam dəstəkləyir

Moskva, 27 may, AZƏRTAC

Rusiya xarici işlər nazirinin müavini - stats-katib Qriqori Karasin Azərbaycanın Respublika Günü münasibətilə Moskvada təşkil edilmiş təntənəli qəbulda çıxışında vurğulayıb ki, Rusiya bu ölkədə Azərbaycanın səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş katibi vəzifəsinə namizədliyini tam dəstəkləyir.

Rusiya xarici işlər nazirinin müavini deyib: “UNESCO-nun baş katibi vəzifəsinə namizədliyi irəli sürülən dostumuz Polad Bülbüloğlunun seçki kampaniyası Rusiyanın tam dəstəyi ilə bu bahar başlandı. Biz ona ürəkdən müvəffəqiyyət arzu edirik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.