İDMAN


Qrossmeyster Azər Mirzəyev Çexiya turnirində irəlidədir

Bakı, 23 iyun, AZƏRTAC 

Çexiyanın Çeske Budeyovitse şəhərində şahmat festivalı başlanıb. Festivalın proqramına qrossmeyster balı hesab edilən normada turnir və iki open turnir daxildir.

AZƏRTAC xəbər verir ki, ən güclü turnirdə 71 şahmatçı, o cümlədən səkkiz qrossmeyster çıxış edir. Turnir iştirakçıları arasında Azərbaycan qrossmeysteri Azər Mirzəyev də var.

Birinci turdan sonra iki beynəlxalq dərəcəli ustanın – Çexiyadan Pavel Simaçekin və Azər Mirzəyevin aktivində bir xal var. Onlar ikinci turda görüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.