REGİONLAR


Quba Alma bayramına hazırlaşır

A+ A

Quba, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada ənənəvi olaraq hər il keçirilən Alma bayramına hazırlıq işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il Alma bayramı oktyabrın 8-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.

2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.

Hazırda Alma bayramına hazırlıq işləri aparılır. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunacaq.

Alma bayramında Azərbaycanın tanınmış incəsənət nümayəndələri ilə yanaşı, xarici ölkələri təmsil edən rəqs qrupları da iştirak edəcək.

Bayram çərçivəsində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.