CƏMİYYƏT
Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130 faizini təşkil edir
Bakı, 23 sentyabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 110-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-40 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 127 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 41 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 441, Salyanda 293, Bankədə 235, Novruzlu məntəqəsində isə 167 santimetrdir.