REGİONLAR


Quba-Xınalıq yolu qardan təmizlənib

Quba, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC

Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

AZƏRTAC xəbər verir ki, daha təhlükəli sayılan Quba-Xınalıq yoluna “Azəravtoyol” ASC-nin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən 20 kilometrədək hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Bu dəfə yağan qar Qubanın dağlıq ərazilərindən daha çox rayon mərkəzinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.