REGİONLAR


Quba-Xınalıq yolunda qar uçqunu olub

A+ A

Qusar, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

AZƏRTAC xəbər verir ki, dekabrın 15-i günün ikinci yarısında qar uçqunu səbəbindən yol bir müddət bağlanıb. "Azəravtoyol" ASC-nin yerli idarəsinin ağır texnikası və canlı qüvvəsinin köməyi ilə ərazidə təxirəsalınmaz tədbirlər görülüb. Yola tökülən qar təmizlənərək avtomobillərin hərəkəti təmin olunub.

İdarənin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu yolun 36-cı kilometrliyində qeydə alınıb. Yolun həmin hissəsi qayalıq ərazidən keçdiyindən küləkli hava şəraitində qar uçqunlarının başvermə ehtimalı var. Bununla əlaqədar növbətçi briqadalar yola nəzarət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.