REGİONLAR


Quba məktəblisi: Tur-aksiya ölkəmizin tarixi məkanları ilə tanış olmaq üçün yaxşı fürsətdir

A+ A

Qəbələ, 18 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada Quba rayonu Qaraçay kənd tam orta məktəbin X sinif şagirdi Lamiyə Talıbova da iştirak edir.

Təəssüratlarını AZƏRTAC-la bölüşən Quba məktəblisi deyib: “Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə təşkil olunan ekskursiyamız uğurla keçir. Qrupun üzvlərində yaranan xoş təəssürat uzun zaman unudulmayacaq. Biz gəzinti zamanı istirahət etməklə yanaşı, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi oluruq”.

“Maarifləndirici tur-aksiya ölkəmizin tarixi məkanları ilə tanış olmaq üçün yaxşı fürsətdir. Bu layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə böyük töhfə verəcək. Tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”, - deyə Lamiyə Talıbova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.