CƏMİYYƏT
Quba rayon sakinindən iki kiloqrama yaxın marixuana götürülüb
Bakı, 14 iyul, AZƏRTAC
Daxili işlər orqanları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xanmurad Babayevdən 1 kiloqram 838,2 qram marixuana götürülüb.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binələr kənd sakini Tahir Səfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 11 çətənə kolu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]