REGİONLAR


Quba rayonunda internet istifadəçilərinin sayı artıb

Quba, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunda internet istifadəçilərinin sayı artıb.

AZƏRTAC xəbər verir ki, ötən il internet istifadəçilərinin sayı 1500 nəfər artaraq, 7800-ə çatıb.

Hazırda rayon Telekommunikasiya Qovşağı tərəfindən Qubanın dağlıq kəndlərinin internetlə təminatı istiqamətində işlər davam etdirilir. Bundan əvvəl Alekseyevka kəndindəki ATS-dən yararlanan Dəlləkli kəndində rabitə və internet istifadəçilərinin sayı artdığından yaşayış məntəqəsində yeni elektron ATS quraşdırılıb. Bununla yanaşı, rayonun Əlibəyqışlaq kəndində 64 nömrə tutumlu yeni ATS quraşdırılıb. 2017-ci ildə Dəvədabanı yaşayış massivi, İqrıq, Susay və İspik kəndlərinə də rabitə və internet xətləri çəkiləcək.

Quba rayonu üzrə ümumilikdə, 17 minə yaxın telefon və 8 minə yaxın internet istifadəçisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.