REGİONLAR


Quba sakini həyətindən XVIII əsrə aid gümüş sikkələr tapıb VİDEO

Quba, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC

Quba sakininin həyətində XVIII əsrə aid gümüş sikkələr aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, qədim pullar şəhərin Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun həyətindən tapılıb. Ev sahibi həyətində su çəkmək üçün qazıntı işləri apararkən xoş sürprizlə qarşılaşıb. E.Zeynalov qarşısına çıxan pulları əvvəlcə adi dəmir qırıntılarına oxşatsa da, sonradan bunların qədim sikkələr olduğunu müəyyənləşdirib. Həmin ərazidən 16 metal sikkə aşkarlanıb.

Tarixçi Anar Murquzov tapılan metal pulların Quba xanlığı dövründə tədavüldə olan gümüş sikkələr olduğunu bildirib. Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində olduğundan qədim dövrdə həmin yerdə karvansarayın yerləşdiyi ehtimal edilir.

E.Zeynalov həyətindən bundan əvvəl də saxsı materialların aşkarladığını bildirib. Quba sakini tapdığı qədim sikkələri muzeyə təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.