REGİONLAR


Quba sakinini ot biçərkən gürzə sancıb

Quba, 6 iyun, Elxan Yusifli, AZƏRTAC

Quba sakini Samil Məmmədovu ot biçərkən gürzə sancıb.

AZƏRTAC xəbər verir ki, hadisə iyunun 5-də rayonun Cimi kəndində baş verib.

41 yaşlı Samil Məmmədov şəxsi təsərrüfatında ot biçərkən ilan onun sağ ayağının baldır nahiyəsindən sancıb.

Yaralı dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlan zəhərinə qarşı zərdab vurulan Samil Məmmədov hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Şöbənin müdiri İbrahim İmanqulu bildirib ki, yaralının vəziyyəti orta ağırdır. Ayağının ilan sancan nahiyəsində şiş və qaralma müşahidə olunsa da, həyatı üçün təhlükə yoxdur.

Samil Məmmədov onu sancan ilanı öldürdüyünü bildirib. Həmin vaxt ayağında üstü açıq yay ayaqqabısı olduğundan ilandan qoruna bilməyib. Bir gün əvvəl isə həmin ərazidə ilan S.Məmmədovun qoyunlarından birini öldürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.