REGİONLAR
Quba seçki dairəsi üzrə 72 məntəqənin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilib VİDEO
Quba, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qalır. Bununla əlaqədar 52 saylı Quba seçki dairəsində hazırlıq işləri yekunlaşmaq üzrədir. Seçki dairəsini əhatə edən 72 məntəqənin hər biri seçkilərə tam hazır vəziyyətə gətirilib.
Dairənin tərkibindəki 17 saylı məntəqədə də noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq işləri başa çatıb. Küpçal kənd ümumi orta məktəbinin binasında yerləşən məntəqədə 296 seçici qeydiyyatdadır. Onların arasında 93 yaşlı üç seçici də var. Artıq məntəqədə dəqiqləşdirilmiş seçici siyahıları asılıb və hər kəs öz adını siyahıda yoxlaya bilər.
Məntəqə seçki komissiyasının sədri Mömin Əliyev AZƏRTAC-a bildirib ki, məntəqə zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Seçicilərin öz seçimlərini sərbəst şəkildə etmələri üçün kabinələr quraşdırılıb. Komissiya üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən treninqlərdə iştirak edib, səsvermə günü prosedurları barədə ətraflı təlimatlandırılıblar. Hazırda seçicilərə bildiriş vərəqələri paylanılır.
Qeyd edək ki, 52 saylı Quba seçki dairəsinə daxil olan 72 seçki məntəqəsində 45 min 165 seçici qeydiyyatdadır.