REGİONLAR


Quba və Qusardan olan şagirdlər 8 imtahan mərkəzində biliklərini sınayıb

Quba, 30 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ölkənin 28 şəhər və rayonunda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün təşkil olunan imtahanlarda Quba və Qusardan olan, ümumilikdə, 5 min 229 şagird iştirak edib. Onlardan 3 min 32 nəfəri IX, 2 min 197 nəfəri isə XI sinif şagirdidir.

AZƏRTAC xəbər verir ki, mərkəzləşdirilmiş qaydada təşkil olunan buraxılış imtahanlarının keçirilməsi üçün Qubada 5, Qusarda isə 3 imtahan mərkəzi yaradılıb.

DİM-in Xaçmaz Regional Bölməsindən bildirilib ki, imtahanlara 260 nəzarətçi müəllim, o cümlədən 22 imtahan rəhbəri cəlb edilib. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

Sonuncu buraxılış imtahanları respublika üzrə ümumilikdə, 181 binada aparılıb. İmtahanlarda iştirak etmək üçün 57 min 910 şagird qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.