REGİONLAR


Qubada 17 dərəcə şaxta qeydə alınıb

A+ A

Quba, 23 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 22-dən başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

AZƏRTAC xəbər verir ki, havanın kəskin soyuması həm də qarla müşayiət olunub. Quba və Qusarın ucqar yaşayış məntəqələrinə daha çox yağıntı düşüb. Ən çox qar Qubanın Qırız, Qusarın Ləzə kəndlərinə yağıb. Bu ərazilərdə qarın hündürlüyü 15 santımetrə çatır. Ən aşağı temperatur isə Quba rayonunun Xaltan kəndi ərazisində qeydə alınıb - mənfi 17 dərəcə.

Qarın yağması ilə əlaqədar ucqar kəndlərə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, ciddi problem yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.