CƏMİYYƏT


Qubada 696 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsinə dair Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı ilə keçirilən səyyar xidmətlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbirlər Quba rayonunda keçirilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən səyyar xidmətlər zamanı ümumilikdə 696 nəfər, o cümlədən rayonun Vladimirovka kəndində 105, Xucbala kəndində 121, Alekseyevka kəndində 152, Zərqava kəndində 93, Talabıqışlaq kəndində 90, Xınalıq kəndində 77, Amsar kəndində 58 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub.

İlin əvvəlindən iyunun 1-dək rayon üzrə 5258 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.