QAN YADDAŞI
Qubada beynəlxalq konfrans türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusuna həsr olunacaq
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə martın 29–dan aprelin 1-dək Qubada “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda: “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” və “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” bölmələri üzrə məruzələr dinləniləcək.
Maraqlananlar məruzələrini fevralın 15-dək təşkilat komitəsinə göndərə bilərlər.
Konfransın materialları toplu şəklində çap olunacaq.