ELM VƏ TƏHSİL


Qubada dövlət qulluqçuları üçün təlim təşkil olunub

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Qubada Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, təlim “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinə uyğun olaraq həyata keçirilib.

Təlimdə mərkəzi icra hakimiyyəti orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Energetika Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Maliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarından Quba Rayon İcra Hakimiyyəti, Siyəzən Rayon İcra Hakimiyyəti, Qusar Rayon İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyətində, rayon (şəhər) məhkəmələrindən Şabran Rayon Məhkəməsi, Siyəzən Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Qusar Rayon Məhkəməsi, Xaçmaz Rayon Məhkəməsində qulluq keçən 30 nəfər dövlət qulluqçusu iştirak edib.

Tədbirdə DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və Avropa Şurasının Bakı ofisinin layihə rəhbəri Teodora Lukoviç təlimin əhəmiyyətindən danışıblar.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatında kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova və Kənd Təsərrüfatı Nazirliyi Aparatında hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin hüquq sektorunun aparıcı məsləhətçisi Əzizə Məmmədova tərəfindən aparılan təlim “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi”, “Xidməti fəaliyyətin qiymətləndirilməsinin icrası” və digər mövzuları əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.